Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
14 SepÜnvan
Azure Business CenterÜmumi məlumat
Öhdəliklər
- Müəyyən edilmiş standartlar, qaydalar və prosedurlar əsasında işlərin planlaşdırılması və icrası;
- Sistem və şəbəkə təhlükəsizliyi üzrə sazlama işlərinin həyata keçirilməsi;
- Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığının təmin edilməsi;
- Firewall avadanlıqlarında giriş icazələrinin tənzimlənməsi və idarə olunması;
- Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin fasiləsiz işlək vəziyyətdə saxlanılması, loqlama mexanizmlərinin qurulması və optimallaşdırılması;
- Şirkət layihələrində kibertəhlükəsizlik tələblərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasında iştirak;
- Təhlükəsizlik testləri nəticəsində aşkarlanan boşluqların aradan qaldırılması;
- Əməliyyatların dayanıqlığı və fövqəladə hallardan bərpa (DRP) planlaşdırılması, test edilməsi və icrasında iştirak;
- Kritik informasiya resurslarında edilən dəyişikliklər zamanı müvafiq kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi;
- Şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil (İT və ya kibertəhlükəsizlik sahəsi üzrə olması arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Firewall (Palo Alto, Fortinet və s.), VPN və IDS/IPS sistemləri ilə praktiki iş təcrübəsi;
- Şəbəkə, sistem və təhlükəsizlik avadanlıqları, onların əməliyyat sistemləri və beynəlxalq İT standartları üzrə biliklər;
- NGFW, CCNA, CompTIA Security+ üzrə nəzəri və praktiki biliklər;
- Analitik düşünmə, problem həll etmə və komandada işləmə bacarığı.
- Bulud mühitlərində (Azure, AWS və ya GCP) təhlükəsizlik prinsipləri üzrə biliklər üstünlükdür;
Bənzər vakansiyalar
Kibertəhlükəsizlik inzibatçısı
Azure Business Center
14 Sep
İnformasiya Təhlükəsizliyi Əməliyyatları Mərkəzinin analitiki
Azure Biznes Mərkəzi
31 Aug
