Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
31 JulÜnvan
Azure Biznes MərkəziÜmumi məlumat
Öhdəliklər
Təhlükəsizlik insidentlərini idarə etmək, eskalasiya proseslərini koordinasiya etmək və biznes təsirini minimuma endirmək.
TƏM idarəçiliyi üzrə siyasət, prosedur və beynəlxalq standartların tətbiqinə rəhbərlik etmək.
Threat Intelligence, DLP, SIEM və girişlərin idarə edilməsi (access management) üzrə əməliyyat proseslərinin effektivliyinə nəzarət etmək.
Xarici pentest, audit və uyğunluq fəaliyyətlərini koordinasiya etmək.
Bulud infrastrukturunun (Azure, M365, Intune) təhlükəsizlik konfiqurasiyasına və uyğunluğuna nəzarət etmək.
Bulud mühitlərində identifikasiya və giriş idarəetməsinin (IAM, Conditional Access) standartlara uyğunluğunu təmin etmək.
Bulud resurslarının təhlükəsizlik qiymətləndirməsini (CSPM) mütəmadi həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək.
Hibrid mühitdə (on-premise və bulud) vahid təhlükəsizlik siyasətlərinin tətbiqini təmin etmək.
İnformasiya fərqindəliyi maarifləndirmə proqramlarını və fişinq simulyasiyalarını təşkil etmək.
Tərəfdaş şirkətlərin təhlükəsizlik uyğunluğuna nəzarət etmək (supply chain monitoring).
Daxili maraqlı tərəflərlə (IT, Risk, Hüquq, Daxili Nəzarət) effektiv əməkdaşlıq kanallarını qorumaq.
Dəyişən kibertəhlükə mənzərəsinə uyğun olaraq şöbənin strateji çevikliyini təmin etmək.
Tələblər
Ali təhsil
Liderlik və komandanı motivasiya etmə bacarığı
Effektiv ünsiyyət və təqdimat bacarığı
Qərarvermə və məsuliyyət götürmə bacarığı
Problem həll etmə bacarığı
İnformasiya təhlükəsizliyi sahəsində minimum 5 il təcrübə
SIEM sistemlərinin (IBM QRadar və ya analoji) idarə edilməsi təcrübəsi.
Endpoint Detection & Response (EDR/XDR) platformaları üzrə praktiki bilik.
DLP sistemlərinin tətbiqi və idarə edilməsi təcrübəsi.
Bulud təhlükəsizliyi (Azure, M365) və hibrid mühit üzrə bilik.
Şəbəkə təhlükəsizliyi (Firewall, IDS/IPS) üzrə praktiki təcrübə.
IAM, Conditional Access və Privileged Identity Management üzrə bilik.
Threat Intelligence və insidentlərə cavab (Incident Response) prosesləri üzrə təcrübə.
CISSP, CISM, Microsoft SC-100/AZ-500, Security X, OSDA və ya analoji sertifikatlar.
Analitik düşüncə və risk qiymətləndirmə qabiliyyəti.
Texniki məlumatları biznes dilinə çevirmək bacarığı.
Maraqlı tərəflərlə effektiv kommunikasiya bacarığı.
Dəyişən mühitdə çevik qərar qəbul etmə qabiliyyəti.
