Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
30 Sep
Ünvan
Bakı
Müraciət et

Ümumi məlumat

Araz Supermarketlər Şəbəkəsi "SAP ABAP/Fiori üzrə proqramçı" vakansiyası üzrə işə qəbul elan edir!

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SAP ABAP/Fiori üzrə proqramçı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər. 


Öhdəliklər

-SAP üzərində ABAP proqramlaşdırma vasitəsilə (hesabatlar, interfeyslər, konversiyalar, genişlənmələr, formalar, OData xidmətləri) tətbiqlərin hazırlanması və dəstəklənməsi

-SAP Fiori/UI5 tətbiqlərinin hazırlanması və istifadəçi təcrübəsi standartlarına uyğunlaşdırılması

-SAP Fiori tətbiqlərinin backend sistemlərlə OData və Gateway xidmətləri vasitəsilə inteqrasiyası

-Mövcud ABAP və Fiori tətbiqlərində analiz və debug bacarıqları

-Funksional məsləhətçilərlə birlikdə biznes tələblərinin texniki spesifikasiyalara çevrilməsi

ABAP kodunun optimizasiyası və SAP inkişaf standartlarına uyğunluğun təmin edilməsi

İnteqrasiya testi və istifadəçi testlərinə (UAT) dəstək verilməsi

S/4HANA, RAP (ABAP RESTful), Fiori Elements kimi yeni SAP texnologiyaları ilə daim yenilənmək


Tələblər

- Kompüter elmləri, informasiya texnologiyaları və ya oxşar ixtisas üzrə ali təhsil

SAP ABAP inkişafında (klassik və obyekt yönümlü) ən azı - 3 il təcrübə

- Dil bilikləri - İngilis dili

- SAP Fiori/UI5 tətbiqlərinin hazırlanması üzrə praktiki təcrübə

OData xidmətləri, CDS views və SAP Gateway üzrə biliklər

SmartForms, Adobe Forms, BAPI, BADI, User Exit və Enhancements ilə işləmə bacarığı, S/4HANA, RAP və Fiori Elements ilə tanışlıq üstünlükdür


Bənzər vakansiyalar