Şəhər
MingəçevirMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
02 FebÜnvan
Mingəçevir şəhəriÜmumi məlumat
Araz Supermarket MMC "İnsan Resursları üzrə Biznes Tərəfdaş (Mingəçevir)" vakansiyasına işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan Resursları üzrə Biznes Tərəfdaş (Mingəçevir)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
İşə qəbul planına uyğun olaraq namizədlərin cəlb edilməsi;
Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
Namizədlərlə ilkin müsahibələri keçirmək;
Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
Vəzifə dəyişikliklərini və vəzifə təyinatlarını icra etmək;
İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
İş zərurəti ilə bağlı regionlardakı mağazaları ziyarət etmək;
Əlavələr:
İş məkanı – Mingəçevir şəhəri;
İş rejimi – 5 günlük qrafik, 09:00-18:00;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və əlavə imtiyazlar;
Nahar ilə təmin edilmə və ya nahar ödənişi;
Şirkət nömrəsi və balans;
Yanacaq ödənişi;
Tələblər
- Ali təhsil;
- İR üzrə 1 ildən çox iş stajı;
- Ezamiyyət prosesləri ilə əlaqədar şəxsi avtomobilinin olması;
- MS Office bilikləri;
- Səlis nitq, fikrini aydın izah etmə bacarığı;
- Problem həll etmə, analitik düşüncə səriştəlikləri;
- Kommunikasiya, müxtəlif tipli insanlarla ünsiyyət bacarıqları;
- İdarəetmə bacarığı;
- AR Əmək Məcəlləsi bilikləri;
Bənzər vakansiyalar
Əmək haqqı və ERP Sistemlər Şöbəsinin Təcrübəçisi
Araz Supermarketlər Şəbəkəsi "Əmək haqqı və ERP Sistemlər Şöbəsinin Təcrübəçisi" vakansiyası üzrə işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı və ERP Sistemlər Şöbəsinin Təcrübəçisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
İnsan Resursları/ Struktur və ştat planlama üzrə mütəxəssis
Araz Supermarketlər Şəbəkəsi " İnsan Resursları/ Struktur və ştat planlama üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Struktur və ştat planlama üzrə mütəxəssismütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.