Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
20 Nov
Ünvan
Bakı şəhəri, 8 Noyabr pr. 15, Azure Business City, AZ 1025
Müraciət et

Ümumi məlumat

Araz Supermarketlər Şəbəkəsi "Risk üzrə ekspert" vakansiyası üzrə işə qəbul elan edir!

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Risk üzrə ekspert” adını mövzu hissəsində qeyd etməklə CV formalarını career@retail.az elektron poçt ünvanına göndərə bilərlər. 



Öhdəliklər

Risklərin yaranmasının əsas səbəb və amillərinin tədqiqatı, ortaya çıxarılmasını təmin etmək;  

SAP sistemi üzrə struktur əməliyyatlarına nəzarət, risk və boşluqların analizinin aparılması, hesabatların hazırlanması, həmçinin məlumatların təhlilini həyata keçirmək.; 

Xidməti təminatında olan struktur bölmələrin əməkdaşlarının faktiki iş fəaliyyətinin müvafiq vəzifə təlimatlarına uyğunluğunun yoxlanılmasını təşkil etmək, aşkar edilmiş neqativ hal və işin hallarından asılı olaraq məsul şəxslərin iş fəaliyyətini məhdudlaşdırılmasını təmin etmək; 

Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişlərinə əsasən, struktur bölmələrdə iş fəaliyyətini özündə əks etdirən proses və qaydaların izlənilməsini, epizodik yoxlama və araşdırmalar aparılmasını, proses boşluqlarının müəyyən edilməsini, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlərin görülməsini təmin etmək, aidiyyəti şəxslərə dəyişiklik və əlavələrlə bağlı təkliflər irəli sürmək;

Şirkət strukturlarının iş prosesini tənzimləyən biznes prosesləri SWOT analizlər metodu ilə araşdırmaq və beynəlxalq təcrübə üzrə uyğunlaşdırmaq, prosedur/qayda/təlimatların incələnməsini, risklərin qiymətləndirilməsi və boşluqlar üzrə tövsiyələrin verilməsini təmin etmək;


Tələblər

Ali təhsil (IT, İnformasiya Sistemləri, Tətbiqi Riyaziyyat və ya digər əlaqəli sahələrdə olması üstünlük hesab edilir); 

 Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı; 

 SAP BW və SAP HANA platformaları haqqında biliklər; 

 Data analitika, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər; İngilis dili biliyi; 

 ABAP proqramlaşdırma bilikləri üstünlük hesab edilir;


Bənzər vakansiyalar