Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
04 Aug
Ünvan
Azure Biznes Mərkəzi
Müraciət et

Ümumi məlumat

Araz Supermarketlər Şəbəkəsi "SƏTƏM üzrə kiçik mütəxəssis" vakansiyasına işə qəbul elan edir!

 Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM üzrə kiçik mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını  Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.



Öhdəliklər

-  Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına nəzarət etmək;

-  Şöbə rəhbərinin və dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi və nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirkərin həyata keçirilməsini təmin etmək;

-  İşçilərə təhlükəsiz iş üsulunun öyrədilməsinə, təlimatların vaxtında keçirilməsinə, biliklərin yoxlanmasına və təlimatlandırılma haqqında jurnallarda qeydlərin düzgün aparılmasına nəzarəti təmin etmək;

-  Bədbəxt hadislərəin təhqiq olunmasında iştirak etmək və önləyinici tədbirlər haqqında hesabat verdiyi instansiyaya təkliflər vermək;

- Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin təhlükəsizliyi üzrə nişanlar (xəbərdaredici, göstərici və s) və lövhələrlə təmin olunması üçün SƏTƏM koordinatoruna müraciət etmək və lövhələrin dəyişdirilməsini təşkil etmək;

- Təlimlərin keçirilməsi üçün proqramların hazırlanmasında və işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsində struktur rəhbərlərinə metodiki yardım göstərilməsini təmin etmək;

- Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, habelə qoruyucu və fərdi mühafizə vasitələrinə və qurğulara texniki baxışın keçirilməsini təşkil etmək;

- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarəti təmin etmək;

- Bina və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarəti təşkil etmək;

- İstehsalat sahələrinin rəhbərləri ilə birlikdə əməyin təhlükəsizliyi standartlarının tətbiq edilməsi üzrə təşkilati-texniki tədbirlər planı hazırlanmasını təmin etmək;

- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək, həmçinin kollektiv mühafizə vasitələrinin işlək vəziyyətdə olunmasını nəzarətdə saxlamaq;

 - İş yerlərində risk analizini aparmaq və risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarəti təmin etmək;

- Struktur rəhbərlərinin işçilərə əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə ilkin və təkrar təlimat keçmələrinə nəzarəti və təimatların qeyd jurnallarının vəziyyətinin yoxlanılmasını təmin etmək;

- İş yerlərinin yanğından mühafizə vasitələri ilə təmin olunmasını, yanğın xəbərdarlıq sistemlərinin quraşdırılmasını təşkil etmək, həmçinin yanğından mühafizə vasitələri, və YXS-nin daim işlək, istifadəyə yararlı və yetərli sayda olmasına nəzarəti təmin etmək;

- Kurasiyasına daxil olan obyektlərdə əməyin mühafizəsi qaydalarının pozulması hallarını aşkar etmək və tədbirlər görülməsi üçün nizam-intizam mütəxəssisi qarşısında vəsatət qaldırmaq;

- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinəı yetirmək;


Təminatlar:
 

 -  Nahar təminatı;

 -  Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

 -  5 günlük iş qrafiki;

 -  Servis xidməti.


Tələblər

 -  Ali təhsil;

-   MS Office proqramlarını bilməli;

 -  SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 1 illik iş təcrübəsi;

 -  Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı;


Bənzər vakansiyalar