Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
15 JunÜnvan
AzureÜmumi məlumat
Araz Supermarketlər Şəbəkəsi "Keyfiyyətə nəzarət üzrə mütəxəssis(quru anbar çıxış)" vakansiyası üzrə işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Keyfiyyətə nəzarət üzrə mütəxəssis(quru anbar çıxış)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
Anbarların check list ilə yoxlamalarının keçirilməsi, müşahidələrin aparılması, uyğunsuzluqların rəhbərliyə bildirilməsi və hesabatların təqdim edilməsi;
Anbarlarda yerləşdirilən məhsulların və yüklənən məhsulların mal qonşuluğu prinsipinə günlük olaraq riayət olunması və uyğunsuzluq aşkar etdikdə əlaqədar şəxslərə bildirilməsi;
Kənar auditlər zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı proses sahiblərinə dəstək olmaq və keyfiyyət ilə əlaqəli məsələlərin həll olunma statusunu nəzarətdə saxlamaq;
Pest kontrol işlərinin kənar şirkət tərəfindən aparılması və sənədləşmələrinə nəzarət, arxivlənməsi və aylıq hesabatın təqdim edilməsi, anbar personalına keyfiyyət və qida təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi;
Anbarda saxlanılan kritik məhsulların daimi izlənməsi və saxlama şəraitinə uyğunluğuna nəzarət etmək:
Tələblər
Ali təhsil - Qida təhlükəsizliyi, Kimya, biologiya;
Dil bilikləri - Azərbaycan dili - Əla, Rus dili - Orta, İngilis dili - Orta;
Kompüter bilikləri - MS Office bilikləri;
İSO 22000:2018, İSO 9001:2015, FSSC 22000 və s. fəaliyyət sahəsi ilə bağlı digər beynəlxalq standartları üzrə nəzəri biliklərə və sertifikata sahib olmalı;
Sürətli mənimsəmə qabiliyyəti, sərbəst və kollektiv ilə çalışma bacarığı, məsuliyyətli və işgüzar: