Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
15 Jun
Ünvan
Azure BC
Müraciət et

Ümumi məlumat

Araz Supermarketlər Şəbəkəsi "Keyfiyyətə nəzarət üzrə mütəxəssis (soyuq/donuq anbar qəbul)" vakansiyası üzrə işə qəbul elan edir!

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (soyuq/donuq anbar qəbul)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.


Öhdəliklər


Anbarlara qəbul edilən qida və qeyri-qida məhsullarının giriş nəzarətini həyata keçirmək, nümunələr götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək, laborator analizin aparılması üçün (plana uyğun) nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;

Qəbul edilən məhsulların və onların markalanmasının müşayiət edici keyfiyyət sənədlərinə uyğunluğunu təmin etmək. Məhsulların rəf ömrünün standartların tələblərinə uyğunluğunun seçmə yolu ilə yoxlanılmasını təmin etmək;

Yararsız məhsul aşkar edildikdə aktlaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək, keyfiyyət və təhlükəsizlik planına uyğun anbarın yoxlanılmasına nəzarəti təmin etmə, müvafiq qeydləri aparmaq;

Anbarların sanitar gigiyenik normalara uyğunluğunun yoxlanmasını təmin etmək, anbarlarda temperatur, nisbi rütubət kontrolunun aparılmasını təmin etmək;

Qəbul edilən mallara, aparılan yoxlamalara dair hesabatlar hazırlamaq, imha prosesində iştirak etmək:


Tələblər


Ali təhsil - Qida təhlükəsizliyi, Kimya, biologiya;

Dil bilikləri - Azərbaycan dili - Əla, Rus dili - Orta, İngilis dili - Orta;

Kompüter bilikləri - MS Office bilikləri;İSO 22000:2018, 

İSO 9001:2015, FSSC 22000 və s. fəaliyyət sahəsi ilə bağlı digər beynəlxalq standartları üzrə nəzəri biliklərə və sertifikata sahib olmalı;

Sürətli mənimsəmə  qabiliyyəti, sərbəst və kollektiv ilə çalışma bacarığı, məsuliyyətli və işgüzar:


Bənzər vakansiyalar