Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
30 Oct
Ünvan
Bakı şəhəri, 8 Noyabr pr. 15, Azure Business City, AZ 1025
Müraciət et

Ümumi məlumat

Araz Supermarketlər Şəbəkəsi "Risk və Daxili Audit şöbə müdiri" vakansiyası üzrə işə qəbul elan edir!

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Risk və Daxili Audit şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər. 



Öhdəliklər

  • Retail (pərakəndə satış) əməliyyatlarında, mağazalar şəbəkəsində və anbar logistika proseslərində risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Daxili audit planının hazırlanması və yoxlamaların effektiv həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Şirkətdaxili biznes proseslərinin, maliyyə və əməliyyat nəzarəti mexanizmlərinin effektivliyinin təhlil olunması;
  • İtki və kənaraçıxmaların (kassa, inventarlaşdırma, mal itkiləri) səbəblərinin araşdırılması və önləyici tədbirlər planının hazırlanması;
  • Audit nəticələri üzrə hesabatların rəhbərliyə təqdim edilməsi və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına nəzarət olunması;
  • Şöbə əməkdaşlarının işinin planlaşdırılması, yönləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi.


Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Audit və ya Biznesin İdarə Edilməsi üzrə);
  • Retail (pərakəndə satış) və ya FMCG sahəsində daxili audit/risk analizi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
  • CIA, ACCA və ya CIMA sertifikatlarının olması üstünlükdür;
  • Pərakəndə satış prosesləri, kassa əməliyyatları, inventarlaşdırma və təchizat zənciri nəzarəti mexanizmlərini dərin bilmək;
  • Azərbaycan dilini səlis bilmək (Rus və İngilis dilləri üstünlükdür);
  • MS Office (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Güclü analitik təfəkkür, rəhbərlik və komandada işləmək bacarığı.


Bənzər vakansiyalar