Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
03 Apr
Ünvan
Bakı şəhəri, 8 Noyabr pr. 15, Azure Business City, AZ 1025
Müraciət et

Ümumi məlumat

Araz Supermarketlər Şəbəkəsi "Korporativ hüquqşünas" vakansiyası üzrə işə qəbul elan edir!

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Korporativ hüquqşünas” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər. 



Öhdəliklər

  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və danışıqlarda iştirak
  • Notarial qaydada təsdiq olunan əqdlərin (alqı-satqı, etibarnamə, təsis sənədləri və s.) hazırlanması və rəsmiləşdirilməsi
  • İpoteka, girov və digər təminat müqavilələrinin hazırlanması və qeydiyyat prosesinin hüquqi müşayiəti
  • Daşınmaz əmlak əməliyyatlarının hüquqi yoxlanılması və risk analizinin aparılması
  • Hüquqi risklərin müəyyən edilməsi və yazılı hüquqi rəylərin hazırlanması
  • Struktur bölmələr üçün hüquqi məsləhətlərin verilməsi və qərarların hüquqi əsaslandırılması
  • Şirkətdaxili qayda və prosedurların hazırlanması, yenilənməsi və hüquqi ekspertizası
  • Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, təhlili və rəhbərliyə məlumat verilməsi
  • Dövlət orqanları, notariat və digər qurumlarla rəsmi yazışmaların aparılması
  • Rəhbərliyə təqdim olunan hüquqi hesabatların və təqdimatların hazırlanması


Tələblər

  • Hüquq üzrə ali təhsil
  • Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının mülki, korporativ və əmlak qanunvericiliyini yaxşı səviyyədə bilmək
  • Hüquqi sənədlərin strukturlaşdırılmış və əsaslandırılmış formada hazırlanması bacarığı
  • MS Word, Excel və PowerPoint proqramlarında işləmək bacarığı
  • İngilis və rus dillərini ən azı oxuyub-anlama səviyyəsində bilmək (arzuolunandır)


Bənzər vakansiyalar