Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
23 MarÜnvan
Azure Biznes MərkəziÜmumi məlumat
Araz Supermarketlər Şəbəkəsi "Həkim" vakansiyası üzrə işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Həkim” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
İş yerində baş verən xəsarət və hal pisləşmələri zamanı ilk tibbi yardım göstərmək və təcili hallarda aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirmək.
Zəhərlənmə, yüksək temperatur, təzyiq və digər təcili hallarda müdaxilə etmək.
İşçilərin sağlamlığı ilə bağlı e-poçt və digər rəsmi müraciətləri vaxtında cavablandırmaq.
Yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsini təşkil etmək.
Yoluxucu xəstəliklərə şübhə olduqda işçinin fəaliyyətini müvəqqəti dayandırmaq.
İşçilərin sağlamlıq vəziyyətini mütəmadi olaraq yoxlamaq və lazım olduqda aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirmək.
Lazımi dərman və tibbi ləvazimatların daim mövcud olmasına nəzarət etmək.
İş yerlərində baş verən tibbi hadisələr barədə aylıq və ya illik hesabatlar hazırlamaq.
İş yerində baş verən xəsarət, hal pisləşmələri və işçilərə verilən dərmanların qeydiyyatını aparmaq.
İlk tibbi yardımla bağlı təlimlərin keçirilməsini təşkil etmək və işçilərə ilkin yardım qaydalarını öyrətmək.
İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Tələblər
Ali təhsil.
Yerli qanunvericilikdən məlumatlı.
Ən azı 4-5 il təcrübəsi olan.
Şəxsi avtomobilin olması mütləqdir.
